Dünya çempionatının keçiriləcəyi Qətərdə stadionlarda pivə satışı qadağan edilsə də, azarkeş zonalarında spirtli içki satılacaq.
Lent.az xarici mediaya istinadən bildirir ki, azarkeş zonaları alkoqolsuz və alkoqollu olaraq bölünəcəklər.
Məlumata görə, ayrı-ayrı fan-zonalar yaradılacaq. Bəzilərində pivə satışı olacaq. Bəzi zonalar isə spirtli içki içməyən və onlarla bir yerdə olmaq istəməyənlər, ailəsi ilə gələnlər, hətta müsəlmanlar üçün də nəzərdə tutulub.
Xatırladaq ki, noyabrın 20-də Qətərdə 2022-ci il futbol üzrə dünya çempionatı başlayır. Turnirin başlamasına iki gün qalmış FİFA Qətər hakimiyyətinin təzyiqi ilə stadionların ərazisində spirtli içkilərin satışını qadağan etmişdi.