Qətərdə keçirilən futbol üzrə dünya çempionatının açılış oyununda turnirin ev sahiblərinin Ekvadora uduzması ilə (0:2) antirekordlardan biri yenilənib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu oyunda qapılara cəmi 11 zərbə vurulub - bu, dünya çempionatı oyununda antirekordun təkrarıdır.
Xatırladaq ki, bundan əvvəl daha bir unikal statistik nailiyyət haqqında məlumat yayılıb - Qətər yığması dünya çempionatları tarixində turnirin açılış oyununda məğlub olan ilk komanda olub.
A qrupuna Hollandiya və Seneqal da mübarizə aparacaq. Onlar noyabrın 21-də üz-üzə gələcəklər.