Dünya çempionatına ev sahibliyi edəcək Qətər tribunaların boş qalmaması üçün Pakistandan azarkeş cəlb edir.
Lent.az xarici mediaya istinadla bildirir ki, ev sahibi Qətər gözlənilən marağın olmaması səbəbindən 2022 FIFA dünya çempionatı üçün azarkeşlər toplayır.
Qətər hökuməti hər bir pakistanlı azarkeş üçün gündə 10 dollar verəcək, gündə 3 dəfə yemək və pulsuz yaşayış yeri ilə təmin edəcək. Bundan əlavə, icarəyə götürülmüş azarkeşlərə həmin ölkələrin formaları və bayraqları paylanılıb.
Qətər bu azarkeşlər vasitəsilə tribunaların boş qalma riskinin qarşısını alıb.