“Qarabağ” “Neftçi”ni, Qurban Qurbanov Mehman Allahverdiyevi keçdi
28 may 2022 09:20 (UTC +04:00)

“Qarabağ” “Neftçi”ni, Qurban Qurbanov Mehman Allahverdiyevi keçdi

“Qarabağ” 2021/22 mövsümünü “Qızıl dubl”la başa vurub.

Lent.az-ın Apasport.az saytına istinadən məlumatlına görə, Qurban Qurbanovun yetirmələri Premyer Liqanın ardınca Azərbaycan kubokunda da qalib gəlib.

Bu, Azərbaycan futbolunda 10-cu belə hadisədir. Bunadək 9 dəfə bir klub hər iki “cəbhə”də hamıdan üstün olub.

“Qarabağ” ümumilikdə 5-ci, Qurban Qurbanovla 4-cü dəfə “Qızıl dubl”a imza atıb. Sonuncu dəfə 2016/17 mövsümündə bunu bacaran ağdamlılar 5 ildən sonra uğurunu təkrarlayıb.

“Qarabağ” həm də 7-ci dəfə kubok qazanaraq yeni rekorda imza atıb. Ağdam klubu 6 dəfə mükafata yiyələnən “Neftçi”ni geridə qoyub. 5-ci dəfə kuboka sahib çıxan Qurban Qurbanov isə 4 uğuru olan Mehman Allahverdiyevi keçib.

Qeyd edək ki, “Neftçi”nin üç, “Kəpəz”lə “Xəzər Lənkəran”ın hərəyə 1 “Qızıl dubl”u var.

1993. “Qarabağ”
1995/96.     “Neftçi”
1997/98.     “Kəpəz”
2003/04.     “Neftçi”
2006/07.     “Xəzər Lənkəran”
2012/13.     “Neftçi”
2014/15.    “Qarabağ”
2015/16.     “Qarabağ”
2016/17.    “Qarabağ”
2021/22.     “Qarabağ”

# 1107
avatar

Oxşar yazılar