"Qarabağ" “Linkoln”i məğlub etdi
30 iyul 2024 21:56 (UTC +04:00)

"Qarabağ" “Linkoln”i məğlub etdi

"Qarabağ" və Cəbəllütariqin “Linkoln” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu keçirilib.

Lent.az xəbər verir ki, qarşılaşma Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Köhlən atlar"ın ilk üç qolunu Olavio Juninyo vurub.

Braziliyalı forvard 17, 31 və 44-cü dəqiqədə qonaqları məyus edib.

Oyunun 66-cı dəqiqəsində Yassin Benzia, 72-ci dəqiqəsində isə Leandro Andrade fərqlənib.

Matçın baş hakimi danimarkalı Yakob Sandberq olub.

Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:0.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2286
avatar

Oxşar yazılar