“Qarabağ” Konfrans Liqasının qrup mərhələsində topla ən çox oynayan komandalardan biridir.
Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi son turda “Bazel”lə səfər matçını da bu mənada üstün keçirib.
Avrokuboklardakı yeganə komandamız 0:3 hesablı məğlubiyyətə baxmayaraq, 56 faiz topa yiyələnib. Ümumilikdə 6 tur ərzində “Qarabağ” hər matçda 60,7 faiz topla oynayıb ki, bu, turnirin ən yaxşı ikinci göstəricisidir. Qurban Qurbanovun yetirmələri yalnız “Alkmaar”dan geri qalıb. Niderland təmsilçisində bu göstərici 62,8 faizdir. İlk “üçlüy”ü isə 59,8 faizlə Belçika klubu “Gent” qapayıb.
Qeyd edək ki, H qrupunda 11 xalla ikinci yeri tutan “Qarabağ” pley-offa vəsiqə qazanıb.