“Qarabağ”dan Çempionlar Liqasında ikinci qələbə
01 oktyabr 2025 22:39 (UTC +04:00)

“Qarabağ”dan Çempionlar Liqasında ikinci qələbə

0

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyuna çıxıb.

Lent.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda “Kopenhagen”i qəbul edib.

Oyun "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qolları 28-ci dəqiqədə A. Zubir və 83-cü dəqiqədə E. Addai vurub.

Qeyd edək ki, “Qarabağ” birinci turda səfərdə “Benfika”ya qalib gəlib - 3:2.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar