"Qalatasaray"ın yeni transferi İstanbula gəlib
01 iyul 2024 16:41 (UTC +04:00)

"Qalatasaray"ın yeni transferi İstanbula gəlib

Super Liqa təmsilçilərindən "Qalatasaray" yeni mövsüm öncəsi ilk transferini açıqlamağa hazırlaşır.

Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" "Fənərbaxça" ilə müqaviləsi başa çatan Mişi Batşuayi ilə anlaşıb.

Belçikalı hücumçu "Qalatasaray"la müqavilə bağlamaq üçün İstanbula gəlib.

Azad agent kimi “Qalatasaray”a keçəcək futbolçunun "aslanlarla" 2027-ci ilə qədər anlaşma imzalayacağı gözlənilir.

Hüçumçu 2022-ci ildə "Çelsi"dən İstanbul klubuna keçib. Son mövsümdə əsas heyətdə yer ala bilməyən Batşuayi "sarı-lacivərdlilər"lə müqavilə yeniləməyib.

Qeyd edək ki, hazırki bazar dəyəri 8,5 milyon avro olan belçikalı Super Liqada "Fənərbaxça" forması ilə 79 matça çıxıb, 38 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1998
avatar

Oxşar yazılar