İspaniyanın "Deportivo" klubunun türkiyəli oyunçusu Emre Çolak futbol karyerasını bitirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, o, futbolu buraxdığını və üzərində əməyi olan hər kəsin əllərindən öpdüyünü deyib:
"Bu gündən sonra ailəmin xoşbəxtliyi üçün yaşayacam. Ölüm var, sevdiklərinizə daha çox vaxt ayırın".
Futbolçu "Deportivo"dan əlavə, "Qalatasaray", "Hatayspor", "Fatih Karagümrük", "Medipol Başakşehir" ve CF Intercity kimi klubların formasını geyinib.