Türkiyə Super Liqasının 25-ci turunun “Qalatasaray” – “Kasımpaşa” matçının vaxtı dəyişdirilib.
Apasport.az saytının məlumatına görə, fevralın 14-də keçiriləcək görüş öncədən nəzərdə tutulduğu kimi, saat 20:00-da start götürməyəcək.
Türkiyə Futbol Federasiyası hava şəraiti ilə əlaqədar görüşün daha erkən, Bakı vaxtı ilə 17:00-da başlamasını qərara alıb.