"Qalatasaray"ın iki oyunçusuna 22 milyonluq TƏKLİF
07 avqust 2024 19:59 (UTC +04:00)

"Qalatasaray"ın iki oyunçusuna 22 milyonluq TƏKLİF

Moskvanın "Spartak" klubu "Qalatasaray"a iki futbolçu üçün rəsmi təklif edib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, “qırmızı-ağlar” Kərəm Aktürkoğlu və Derrik Kyona görə 22 milyon avro ödəməyə hazırdır.

Aktürkoğlunun "Qalatasaray"la 2026-cı ilin iyununa qədər hazırkı iş müqaviləsi var. Transfermarkt internet portalı türk futbolçunun bazar dəyərini 15 milyon avro olaraq qiymətləndirir.

Kyon 2024-cü ilin fevralından "Qalatasaray"da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 15 matçda iştirak edib, bir qol vurub, iki məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 6 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 975
avatar

Oxşar yazılar