Türkiyənin “Qalatasaray” klubu “Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Fredi almaq istəyir.
Lent.az xarici mediaya istinadla bildirir ki, Türkiyə klubu artıq “Yunayted”ə təklif edib. Amma onlar bunu rədd ediblər. Səbəb isə hər tranzaksiyaya düşən məbləğin alığı olub.
Fred mütləq “Mançester Yunayted”dən ayrılacaq. Futbolçu “Fulhem” və Səudiyyə Ərəbistanı klubları ilə maraqlanır.
Braziliyalı 2018-ci ilin yayından “Mançester Yunayted”də çıxış edir. Burada keçirdiyi beş il ərzində 213 matçda iştirak edib, 13 qol vurub və 19 məhsuldar ötürmə verib. Komanda ilə birlikdə yarımmüdafiəçi 2022/2023 mövsümündə İngiltərə Liqa Kubokunun qalibi olub, eyni zamanda 2020/2021 Avropa Liqasının finalına yüksəlib.