Artyom Dovbik transfer bazarında ən çox axtarılan ukraynalı oyunçulardan biri olaraq qalır. Bu dəfə məlum olub ki, “Dnepr-1”in hücumçusunun agenti ilə əlaqə saxlayan “Qalatasaray” rəhbərliyi onu komandada görmək istəyir.
Lent.az bildirir ki, bu barədə “Fotospor” məlumat yayıb.
Türkiyə nəhənglərindən birinin təmsilçiləri Ukrayna millisinin hücumçusunun yanvar ayında transferinin nə dərəcədə real olduğunu anlamağa çalışırlar. Klubun yaxşı hücumçuya böyük ehtiyacı var və daha əvvəl "Antalyaspor"un 24 yaşlı hücumçusu Hacı Raytı almağa çalışıb. Lakin istanbullulardan futbolçu üçün 10 milyon avro istənilib, "Qalatasaray" bunu ödəməkdən imtina edib.
Müqavilənin müddətini nəzərə alaraq, Türkiyə klubu Dovbiki 3-4 milyon avroya almağı planlaşdırır. “Qalatasaray” “Dnepr-1” təmsilçiləri ilə görüşdən sonra təklifinə aydınlıq gətirəcək.
Eyni zamanda, daha əvvəl Türkiyənin digər nəhəngləri “Trabzonspor” və “Fənərbaxça”nın da maraqlandığı Artyom Dovbik “Dnepr-1”lə iyunun 30-na kimi nəzərdə tutulan müqaviləni yeniləməyi planlaşdırmır.