"Qalatasaray" İsveçrədən MƏĞLUB QAYIDIR
22 avqust 2024 01:04 (UTC +04:00)

"Qalatasaray" İsveçrədən MƏĞLUB QAYIDIR

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, Türkiyə təmsilçisi “Qalatasaray” İsveçrədə “Yanq Boyz”un qonağı olub.

İstanbul klubu 84-cü dəqiqədə azlıqda qaldığı matçda minimal hesabla məğlub olub - 3:2. 


“Malmö” Praqa “Sparta”sını qəbul edib. Qonaqlar 2 cavabsız topla qələbə qazanıblar.

“Dinamo” isə evdə “Zalsburq”a 0:2 hesabı ilə məğlub olub.

"Midtyulland" favoriti olduğu görüşdən qalib çıxa bilməyib. Rəqib "Slovan"ın 1 qoluna meydan sahiblərin yalnız 1 qolla cavab verə bilib və matç bərabərliklə yekunlaşıb.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar

21 avqust

23:00 Dinamo (Kiyev, Ukrayna) – Zalsburq (Avstriya) 0:2

23:00 Malmö (İsveç) – Sparta (Praqa, Çexiya) 0:2

23:00 Midtyulland (Danimarka) – Slovan (Bratislava, Slovakiya) 1:1

23:00 Yanq Boyz (İsveçrə)- Qalatasaray (Türkiyə) 3:2

Qol: J. Monteiro, 3, 45+4, F. Uqriniç, 86 (pen) - M. Batşuayi, 66, 72, A. Bardakçı, 84 (qırmızı vərəqə) 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2445
avatar

Oxşar yazılar