Türkiyənin “Qalatasaray” klubu FİFA-ya rəsmi şikayət ünvanlayıb.
Apasport.az saytının məlumatına görə, Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” borcunu vaxtında ödəmədiyi üçün “cim-bom” bu addıma əl atıb.
“Sarı-qırmızılılar” ötən ilin yayında braziliyalı müdafiəçisi Maykonu 1 milyon 430 min avroya “Ən-Nəsr”ə satsa da, ərəblər bu pulu hələ ödəməyiblər. İstanbulluların rəsmi şikayətindən sonra FİFA “Ən-Nəsr”ə borcun ödənilməsi üçün vaxt qoyub.
Həmçinin Maykon özü də maaşını ala bilmədiyi üçün müqaviləsinə xitam verməyi planlaşdırır.