“Qalatasaray” Belottiyə elçi düşdü
13 avqust 2022 19:04 (UTC +04:00)

“Qalatasaray” Belottiyə elçi düşdü

Andrea Belottiyə daha bir klub elçi düşüb.

Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, “Qalatasaray” italiyalını heyətinə qatmaq istəyir.

Türkiyə klubu futbolçuya təklif hazırlayıb. İstanbullular “Roma”ya keçməyə yaxın olan hücumçunu ələ keçirməyə çalışır. 

“Qalatasaray” Belottiyə 3 illik müqavilə təklif edəcək. Futbolçu ildə 3,3 milyon avro və əlavə bonuslar qazanacaq.

Qeyd edək ki, Andrea “Torino”yla müqaviləsi başa çatandan sonra azad agent statusuna malikdir.

# 1359
avatar

Oxşar yazılar