PSJ rəhbərliyi klub müşavirindən NARAZIDIR
21 fevral 2023 21:54 (UTC +04:00)

PSJ rəhbərliyi klub müşavirindən NARAZIDIR

Luis Kampos PSJ-ni tərk edə bilər.

Lent.az Apasport.az-a istinadla xəbər verir ki, klub rəhbərliyi futbol məsələləri üzrə müşavirin işindən narazıdır.

Kamposun tövsiyə etdiyi son transferlərin ümidləri doğrultmadığı qeyd olunur. Bu xüsusən də Vitinya, Karlos Soler, Fabian Ruis və Yuqo Ekitikə aiddir.

Eyni zamanda komandanı gücləndirə biləcək Hakim Ziyeş, Malkom və Rayan Şerkinin transferləri uğursuzluqla nəticələnib.

PSJ rəhbərliyinin klubda görmək istədiyi bəzi futbolçuların konkret idman layihəsi olmadığı üçün transferdən imtina etdiyi bildirilir.

Üstəlik, Luis Kamposun klubda olması Zinəddin Zidanı baş məşqçi təyin etməyi mümkünsüz edir. Hazırda Kamposun klubla əməkdaşlığını davam etdirəcəyi ssenari çətin görünür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1704
avatar

Oxşar yazılar