Kilian Mbappe PSJ-nin yeni baş məşqçisi Luis Enrike ilə ilk söhbətini edib - fransız ona zəng edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Mbappe yeni baş məşqçiyə növbəti mövsümdən PSJ-də oynamaq niyyətində olduğunu açıqlayıb.
Mbappe mövsümöncəsi turneyə hazırlaşmaq üçün bu gün məşqlərə qayıdacaq.
Paris klubu ilə 2025-ci ilə qədər yeni müqavilə imzalamaqdan imtina etdiyi üçün fransız futbolçuya hələ də qəzəblidir. Klub rəhbərliyi ona ultimatum verib - bunu iyulun 31-nə qədər etsin.
Mbappe bu tarixə qədər müqaviləsini yeniləməkdən imtina edərsə, PSJ-nin onu tərk etməyə məcbur etmək üçün əlindən gələni edəcəyi bildirilir.