PSJ-nin sahibi "Mançester Yunayted"i almaq istəyir
10 yanvar 2023 12:35 (UTC +04:00)

PSJ-nin sahibi "Mançester Yunayted"i almaq istəyir

Fransanın PSJ klubunun sahibi olan “Qatar Sports Investments” (QSI) investisiya şirkəti İngiltərə Premyer Liqasında çıxış edən klublardan birini almaq istəyir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Mançester Yunayted” və “Liverpul” prioritet variantlardır və “Tottenhem Hotspur”un sədri Daniel Levi ilə də müzakirələr aparılıb. Şirkət sahibləri həm səhmlərin tam paketini geri almaq variantını, həm də komandalardan birində kiçik pay əldə etməyi düşünürlər.

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) qaydaları eyni şirkətlər qrupuna daxil olan klubların eyni yarışda iştirakını qadağan edir. Bununla belə, komandaların birində böyük, digərində isə kiçik pay sahibi olduğu halda yarışa icazə verilir.

2022-ci il dekabrın 12-də məlum olub ki, “Mançester Yunayted”in sahibi olan amerikalı sahibkar Qleyzer ailəsi klubu 2023-cü ildə satmaq istəyir. “Mançester Yunayted”in keçmiş futbolçusu Devid Bekhem komandanın səhmlərinin bir hissəsini almaq arzusunu bildirib. Superliqa ideyasının iflasa uğraması səbəbindən “Liverpul”u da Amerikanın Fenway Sports Group (FSG) şirkəti satışa çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1644
avatar

Oxşar yazılar