PSJ-nin “Monako”ya məğlubiyyətindən sonra klubun futbol müşaviri Luis Kampos braziliyalı hücumçu Neymarla mübahisə edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Neymarla Kampos arasında mübahisə soyunub-geyinmə otağında yaranıb. Orada Braziliya yığmasının kapitanı Markinyos da iştirak edib. Bildirilir ki, Kampos ilk hissədən sonra artıq fasilədə PSJ oyunundan narazılığını bildirib, bəzi oyunçuların ünvanına sərt danışıb.
Məğlubiyyətə baxmayaraq, PSJ Fransa çempionatının turnir cədvəlinə inamla liderlik etməkdə davam edir. Kristofer Qaltyenin komandası 23 turdan sonra 54 xala malikdir.