PSJ cari mövsümün sonunda parislilərlə müqaviləsi başa çatacaq ulduz argentinalı hücumçusu Lionel Messi ilə müqaviləni uzatmaq üçün heç bir yola getməyə hazır deyil.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, parislilər argentinalının komandada qalmasını istəsələr də, PSJ Messini heyətdə saxlamaq naminə heç bir şərt yerinə yetirməyə hazır deyil. PSJ rəhbərliyi klubun digər ulduz futbolçusu, hücumçu Kilian Mbappe ilə müqavilənin uzadılması ilə bağlı ötənilki vəziyyətin təkrarlanmasını istəmir.
Xatırladaq ki, Paris komandası onun “Real Madrid”ə keçməməsi üçün Mbappeyə bir sıra güzəştlər etmişdi.
Daha əvvəl məlum olmuşdu ki, Messi PSJ ilə müqaviləni uzatmağa hazır deyil və karyerasını davam etdirmək üçün başqa variantları nəzərdən keçirir.