"Tottenhem"in hücumçusu Harri Keyn PSJ-yə keçə bilər.
Lent.az bildirir ki, bu barədə nüfuzlu “The Telegraph” nəşri yazır.
Mənbənin məlumatına görə, parislilər yay transfer pəncərəsi üçün əsas hədəf kimi hücumçunu müəyyənləşdiriblər. Rəhbərlik “Bavariya”nın futbolçu ilə müqavilə imzalamaq istəməsindən çəkinmir və onun özü də artıq Bundesliqaya keçməyə razılıq verib.
Qeyd olunur ki, PSJ, mətbuatın yazdığına görə, "Real”a keçməyə razılıq verən Kilian Mbappenin yerinə Keyni nəzərdən keçirir.
Keyn "Tottenhem"in kapitanıdır. Hücumçu ötən mövsüm Premyer Liqada 38 oyuna çıxıb, 30 qol vurub və 3 məhsuldar ötürmə verib.