Portuqaliya Futbol Federasiyası Roberto Martinesi milli komandanın baş məşqçisi təyin edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə qurumun saytında məlumat verilib.
49 yaşlı ispaniyalı mütəxəssis 2014-2022-ci illərdə Belçika millisində çalışıb. Komandanı 2018-ci il Dünya Çempionatında bürünc medal qazanıb.
Dekabrın 15-də məlum olub ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında komandanın mübarizədən kənarlaşdırılmasından sonra portuqaliyalı baş məşqçi Fernando Santuş istefaya göndərilib.
Dekabrın 10-da Portuqaliya Mərakeşə uduzaraq yarımfinala çıxa bilməyib. Görüş 0:1 hesabı ilə başa çatıb.