"Yuventus"a qayıdan "Mançester Yunayted"in keçmiş oyunçusu Pol Poqba, Matia Poqbanın futbolçunun istəyi ilə lənətləmə ilə məşğul olduğu iddiasını təkzib edib.
“Pol heç vaxt məndən Kilian Mbappeni sehr etməyi tələb etməyib, nə PSJ-nin “Mançester Yunayted”ə qarşı oyununda, nə də başqa səbəbdən. Kilian haqqında yalnız bir dəfə - 2018-ci il dünya çempionatı zamanı telefonla danışmışıq”, - Lent.az-ın xəbərinə görə, Fransa mətbuatının Birame D kimi təqdim etdiyi şaman bildirib.
Xatırladaq ki, Matia Poqba qardaşı Polun pul qoparmaq məqsədilə qaçırılması işində şübhəli bilinir.
Fransa yığması 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olub.