Pelenin adı Rusiyada əbədiləşdiriləcək
21 yanvar 2023 20:06 (UTC +04:00)

Pelenin adı Rusiyada əbədiləşdiriləcək

Rusiya Futbol İttifaqı Pelenin adının əbədiləşdirilməsi variantlarını müzakirə edir.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, RFU-nun mətbuat xidmətindən bildirilib ki, yaxın vaxtlarda bununla bağlı yekun qərar veriləcək:

“RFU Pelenin xatirəsinin Rusiyada əbədiləşdirilməsi variantlarını müzakirə edir. Böyük braziliyalı futbolçu ilə birlikdə meydana çıxan rusiyalı futbol veteranlarının da iştirak etdiyi müzakirənin nəticələrinə əsasən, yekun qərar veriləcək”.

Xatırladaq ki, Pele uzun sürən xəstəlikdən sonra 2022-ci il dekabrın 29-da 82 yaşında vəfat edib. Son illərdə o, xərçəng xəstəliyi ilə mübarizə aparırdı. Braziliyalı hələ də tarixdə üç dəfə Dünya Kubokunu qazanan yeganə oyunçudur.

Bundan əvvəl FİFA prezidenti Canni İnfantino hər bir ölkədə Pelenin adına stadion olmasını təklif etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2151
avatar

Oxşar yazılar