Pele və Maradona 20-ci əsrin iki əsas futbolçusudur. Bəli, zaman-zaman bir-birinə qarşı tənqidi fikirlər söyləsələr də, amma əslində bir-birlərini dəlicəsinə qiymətləndirirdilər. 2012-ci ildə Pele hətta Dieqonun əslində ona aşiq olduğunu demişdi.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 2005-ci ildə isə Pele Maradonanın "Noche del 10" verilişinin ilk qonağı olub. İki əfsanə forma mübadiləsi aparıb, sonra isə argentinalı etiraf edib: "Mən həmişə sizinlə baş-başa topa zərbə vurmağı xəyal edirdim".
63 yaşında belə bu, Pele üçün problemə çevrilməmişdi.
Dieqo və Edson 27 dəfə heç gərginləşmədən topu başları ilə bir-birinə atıblar. Və qucaqlaşıblar.