Paris 2024-də  Yaponiya liderliyi qoruyub saxlayır
31 iyul 2024 03:47 (UTC +04:00)

Paris 2024-də Yaponiya liderliyi qoruyub saxlayır

Parisdə 2024-cü il Olimpia Oyunlarının dördüncü günü başa çatıb və Yaponiya komandası qızıl medal sayına görə liderliyi əlində saxlayıb.

Lent.az xəbər verir ki, ümumilikdə Olimpia Oyunlarının dördüncü günündə yaponlar yenə də liderliklərini qoruyub saxlayıblar. Belə ki, komandanın hesabında 7 qızıl, 2 gümüş və 4 bürünc medal var.

Qızıl medal sayına görə ikinci sırada isə Çin Xalq Respublikasıdır. Belə ki, ölkənin 6 qızıl, 6 gümüş və 2 bürünc medalı var.

Siyahıda üçüncü sırada isə Avstraliya qərarlaşıb. Ölkənin 6 qızıl, 4 gümüş və 1 bürünc medalı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 387
avatar

Oxşar yazılar