İtaliyanın “Milan” klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç tənqidlərin öhdəsindən necə gəldiyindən danışıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, özünü hələ də dünyanın ən yaxşı futbolçusu hesab etdiyini qeyd edib.
“Mən hələ də tanrı kimi qalıram, mən hələ bir nömrəyəm. Mən qayıtdım və musiqi dəyişir. Arzularla dolmuşam, o qədər şey etmək istəyirəm ki, yeddi-səkkiz aydır nələrdən məhrum olmuşam. Vaxt itirdim.
Tənqid? Bu normaldır, çünki tənqid olunmursansa, zirvədə deyilsən. 25 ildir ki, bir nömrəli olduğum üçün tənqid olunuram, öyrəşmişəm. Məni tənqid etmək odun üstünə yağ tökmək kimidir. Odla oynayanda isə yanırsan. Özümü hələ də tanrı kimi hiss edirəm, heç nə dəyişmir", - İbrahimoviç vurğulayıb.