Türkiyənin “Qalatasaray” klubu Anri Onyekurunu heyətində saxlamaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi “Monako”ya məxsus hücumçunun icarə müddətini artırmaq istəyir.
Nigeriyalı forvard ötən qış İstanbul klubuna qoşulub. “Sarı-qırmızılar” icarə müqaviləsinə Onyekurunun sonradan transfer olunması öhdəliyini də daxil etmək fikrindədir.
Qeyd edək ki, müxtəlif vaxtlarda “Qalatasaray”da çıxış edən hücumçu Super Liqada 55 oyunda 20 qol vurub.