Olimpiadada qadın idmançı tribunadakı sevgilisinə evlilik təklif etdi
08 avqust 2024 12:11 (UTC +04:00)

Olimpiadada qadın idmançı tribunadakı sevgilisinə evlilik təklif etdi

Fransalı idmançı Alis Fino Paris Olimpiadasında 3000 metr məsafəyə maneəli qaçış yarışını başa vurduqdan sonra sevgilisinə evlənmək təklifi edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, 33 yaşlı Fino final yarışında 8,58,67 saniyə nəticə ilə dördüncü yeri tutaraq, Avropa rekordunu yeniləyib. Finiş başa çatdıqdan sonra o, sevgilisinin dayandığı tribunaya qaçaraq diz çöküb.

“Mən hamı kimi bir şey etməyi sevmirəm. Hələ mənə evlilik təklifi etməmişdi və fikirləşdim ki, bəlkə bu addım məndən asılıdı. Doqquz dəqiqədən az qaçsam, bunu edəcəm dedim. Bu mənim xoşbəxt nömrəmdir, çünki biz doqquz ildir birlikdəyik... Ona üzərində “Parisdə sevgi” yazılmış sancağı uzatdım”, deyə idmançı bildirib.

3000 metr məsafəyə maneəli qaçışda olimpiya çempionu bəhreynli Uinfred Mutile Yavi olub. Finişdə o, 8,52,76 saniyə nəticə göstərərək, 2008-ci ildə rusiyalı Gülnarə Qalkina-Samitova tərəfindən müəyyən edilmiş Olimpiya rekordunu yeniləyib. İkinci yeri 8,53,34 saniyə nəticə ilə Uqanda idmançısı Perut Çemutai tutub. İlk üçlüyü 8,55,15 saniyəyə qaçan keniyalı Faith Çerotiç tamamlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 411
avatar

Oxşar yazılar