"Nyukasl"ın hücumçusu Joalinton məhkəmə qarşısına çıxarılıb. Futbolçu sərxoş vəziyyətdə avtomobil idarə edərkən yaxalanıb.
Lent.az bildirir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Braziliyalının transferinin “Nyukasl”a 45 milyon avroya başa gəldiyi qeyd edilir.
Mənbənin məlumatına görə, polis gecə saatlarında 26 yaşlı futbolçunu saxlayıb və onun sərxoş olduğunu müəyyən edib.
Xatırladaq ki, Joalinton 2019-cu ilin yayında "Nyukasl"a keçib. Bu mövsüm o, 21 görüş keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.