“Niyə  ehtiyat oyunçu   olduğumu başa düşmürəm” - Rişarlison
09 mart 2023 15:08 (UTC +04:00)

“Niyə ehtiyat oyunçu olduğumu başa düşmürəm” - Rişarlison

“Tottenhem”in braziliyalı hücumçusu Riçarlison turnirin 1/8 final mərhələsinin “Milan”la cavab oyununda evdə heç-heçədən (0:0) sonra komandadakı rolundan narazılığını bildirib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, İtaliya klubu ilk görüşdə qalib gələrək (1:0) növbəti mərhələyə vəsiqə qazanıb. Braziliyalı yalnız 70-ci dəqiqədə meydana çıxıb.

“Niyə ehtiyatda oturduğumu başa düşmürəm. Mənim üçün hər şey yaxşı keçdi, əla dövr gəldi, “Vest Hem” və “Çelsi”ni məğlub etdik (həmin oyunlarda Rişarlison start heyətdə meydana çıxıb-red.) Və birdən məni ehtiyat oyunçular skamyasına oturtdular və “Vulverhempton”a qarşı beş dəqiqəliyə buraxdılar. Soruşdum: "Niyə belədir?" Amma cavab alınmadı.

Oyundan bir gün əvvəl məşqçi məndən oyuna hazır olub-olmadığımı yoxlamaq üçün idman zalında testdən keçməyimi istədi. Və oyundan dərhal əvvəl məni ehtiyat oyunçular skamyasında qoyub getdi. Belə şeyləri başa düşmək sadəcə mümkün deyil. Görək sabah nə deyir, amma burda axmaq yoxdur. Mən peşəkaram. Mən hər gün işləyirəm və oynamaq istəyirəm.

Bu mövsüm, bağışlayın, mən oynamadığım üçün sadəcə axmaqlıqdır. Zədə mənə mane oldu, amma indi meydana girərək canımı verməyə hazıram. Yaxşı iki oyun keçirdim. Düşünürəm ki, start heyətdə yer almağa layiqəm”, - futbolçu vurğulayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1425
avatar

Oxşar yazılar