“Çelsi” yay mövsümü üçün potensial transfer hədəfi kimi Paris Sen-Jermen-in hücumçusu Neymarı nəzərdən keçirir.
Lent.az xəbər verir ki, “Mavilər” 31 yaşlı futbolçu Paris klubundan ayrılmaq istəsə, onu transfer etməyə hazırdır. PSJ özü hələ braziliyalının taleyi ilə bağlı qərar verməyib.
Daha əvvəl klub Kilian Mbappeni Real Madridə satarsa, Neymarın mütləq PSJ-də qalacağı bildirilirdi. Fransız gələn mövsümü Parisdə keçirsə, o zaman Neymar satılacaq. PSJ də braziliyalının tezliklə məşqlərə qayıda biləcəyinə şübhə edir. Hazırda zədəsindən sonra reabilitasiyadadır.