Neymar  PSJ-dən ayrılmaq   fikrində deyil
21 fevral 2023 18:23 (UTC +04:00)

Neymar PSJ-dən ayrılmaq fikrində deyil

PSJ-nin hücumçusu Neymar klubunu dəyişməyi planlaşdırmır.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, braziliyalı 2027-ci ilə qədər nəzərdə tutulan müqavilənin müddəti bitmədən Paris komandasını tərk etmək fikrində deyil. Dostu Lionel Messi müqaviləni yeniləməmək qərarına gəlsə belə, o, planlarını dəyişməyəcək.

Neymar 2017-ci ildən PSJ-də çıxış edir. Bu mövsüm o, Liqa 1-də 20 oyunda 13 qol vurub və 11 məhsuldar ötürmə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1497
avatar

Oxşar yazılar