Azarkeşləri "Neftçi"ni yalnız buraxmadı
19 may 2021 19:18 (UTC +04:00)

Azarkeşləri "Neftçi"ni yalnız buraxmadı

“Neftçi”ni tək qoymadılar-FOTO

“Neftçi” Azərbaycan Premyer Liqasının son turunun “Qarabağ”la oyununa azarkeşlərin müşayiəti ilə yollanıb.

Apasport.az saytının məlumatına görə, “Forza Neftçi” azarkeş qrupunun üzvləri “Qarabağ”la çempionluğun həll ediləcəyi matça yollanan komandanı tək buraxmayıblar.

Oyunun keçiriləcəyi “Dalğa Arena”ya gedən “Neftçi” avtobusunu azarkeşlərə məxsus maşınlar müşayiət edir. Tamaşaçıların koronavirus pandemiyası üzündən stadionlara buraxılmadığı vaxtda “Forza Neftçi” dəstəyini bu yolla göstərib.

Qeyd edək ki, saat 20:30-da başlayacaq görüşdə qələbə “Neftçi”yə tarixində 9-cu çempionluq gətirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1797
avatar

Oxşar yazılar