"Roma"nın baş məşqçisi Joze Mourinyo Portuqaliya millisinə rəhbərlik təklifi aldığını təsdiqləsə də, o, bundan imtina edib.
Lent.az bildirir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“Fürsətdən istifadə edərək Portuqaliya Futbol Federasiyasının prezidentinə təşəkkür etmək istəyirəm. Onun sözləri, mənim haqqımda dedikləri məndə qürur hissi yaradır. Tək olmasam da, variantlardan biri olduğumu dedi. Mən bununla fəxr edirəm. Amma milli komandaya getməmək qərarına gəldim. Mən buradayam və vacib olan da budur”, - Mourinyo deyib.
Xatırladaq ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Portuqaliya 1/4 finalda Mərakeş komandasına uduzaraq (0:1) mübarizəni dayandırıb. Bundan sonra Fernando Santuş baş məşqçi postundan istefa verdiyini açıqlayıb.
Hazırda komanda hələ də baş məşqçisiz qalıb.