“Tottenhem”in baş məşqçisi Jozü Mourinyo istefaya göndərilərsə, klubdan 40 milyon avro təzminat alacaq.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, London klubu çempionata yaxşı başlasa da, getdikcə geriləmə başladığından Mourinyonun istefaya göndəriləcəyi gündəmə gəlib.
İngiltərə mətbuatındakı xəbərələrə görə, portuqaliyalı baş məşqçinin klubdakı fəaliyyətinə son verilərsə, ona 40 milyon avro təzminat ödənilməli olacaq.
Müqaviləsində illik 17,5 milyon avroluq qazancı qeyd edilən təcrübəli mütəxəssis Premyer-liqanın ən yüksək maaşlarından birinə sahibdir.