İtaliyalı sabiq hücumçu Antonio Kassano “Roma”nın “Empoli” ilə oyunu barədə danışıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, sabiq futbolçu Joze Mourinyonun klubdakı fəaliyyətini tənqid edib:
“Meydanda “Empoli” üstünlük təşkil edirdi. “Roma” üçüncü yerdə olsa da, meydanda gördüklərim tam dəhşətdir. Mourinyo bəhanə gətirsə də, klubu məhv edir. Amma tezliklə buna son qoyulacaq”.
Mourinyo 2021-ci ilin yayından “Roma”ya baş məşqçilik edir. Komanda A Seriyasının turnir cədvəlində 3-cüdür.