Mourinyo yanvarda “Roma”dan qovulub və hazırda klubsuzdur.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, onun təqaüdə çıxmaq və ya fasilə vermək fikri yoxdur.
Mourinyo milyarderin klubda 25% pay almasından sonra idman idarəçiliyinin Cim Ratkliffə təhvil verildiyi “Mançester Yunayted”ə qayıtmaq istəyir. Mourinyo “Mançester Yunayted”də yarımçıq işinin olduğunu düşünür.
Klubun hazırkı baş məşqçisi Erik ten Haq komandanın performansını yaxşılaşdırmasa, mövsümün sonunda klubdan qovula bilər.