Mourinyo  Barselonaya   gəlib
22 yanvar 2024 12:44 (UTC +04:00)

Mourinyo Barselonaya gəlib

“Roma”nın skeçmiş baş məşqçisi Joze Mourinyo hazırda Barselonadadır.

Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, 60 yaşlı mütəxəssis İspaniya şəhərinin hava limanında görünüb.

Jurnalistlər ona məşqçilik karyerasında gələcək planları ilə bağlı sual verib və hansı kluba keçə biləcəyini soruşublar. Portuqaliyalı çalışdırıcı cavab olaraq sadəcə başını tərpədib. “Barselona” haqqında danışarkən Mourinyonun üzündə təbəssüm yaranıb.

Mourinyo yanvarın 16-da “Roma”nın baş məşqçisi vəzifəsindən qovulub. O, 2021-ci ildən Roma komandasını çalışdırırdı. Onun rəhbərliyi altında "Qurdlar" 2021/2022 mövsümündə Konfrans Liqasının qalibi olub, bir il sonra isə Avropa Liqasında finalçı olub, lakin avrokubokda "Sevilya"ya uduzub.

O, daha əvvəl “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter” və “Portu”da çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15255
avatar

Oxşar yazılar