"İnter" və "Nyukasl" "Real"ın yarımmüdafiəçisi Luka Modriçlə maraqlanır.
Lent.az bildirir ki, bu barədə xarici mətbuat xəbər verir.
Xorvatiyalı futbolçunun bu mövsüm Madrid klubundan məyus olduğu qeyd edilir.
Yeri gəlmişkən, Modriç “Kral klubu”nun düşərgəsinə 2012-ci ildə İngiltərə "Tottenhem"indən keçib. Oyunçunun hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.