Millinin futbolçusuna  zorlama   İTTİHAMI
06 fevral 2024 19:34 (UTC +04:00)

Millinin futbolçusuna zorlama İTTİHAMI

“Betis” və Portuqaliya millisinin müdafiəçi yarımmüdafiəçisi Vilyam Karvalyo təqsirləndirilən şəxs olduğu zorlama işində ifadə vermək üçün Sevilya məhkəməsinə gələcək. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, ötən ilin avqustunda 31 yaşlı futbolçu Madriddə olarkən bir qızı otel otağına dəvət edib, orada onu qadağan olunmuş maddələrdən istifadə etməyə inandırıb, bundan sonra cinsi xarakterli zorakılıq hərəkətlər edib. 

Vurğulanır ki, Karvalyo məhkəməyə gəlməsə, ona qarşı həbs cəzası tətbiq oluna bilər.

Xatırladaq ki, yarımmüdafiəçi 2018-ci ildən “Betis”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 195 oyunda iştirak edib, 10 qol vurub, 15 məhsuldar ötürmə edib.

Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 6 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6546
avatar

Oxşar yazılar