Millidən  gedə bilər:   Kapitan vətənindəki münasibətdən şikayətlənib
08 iyul 2024 16:42 (UTC +04:00)

Millidən gedə bilər: Kapitan vətənindəki münasibətdən şikayətlənib

Futbol üzrə İspaniya millisinin hücumçusu Alvaro Morata Avropa çempionatının sonunda millini tərk edə biləcəyini deyib. 

Lent.az bildirir ki, bu barədə “Marca” xəbər verir.

“Mən hər şeyin ən yaxşı şəkildə bitməsini istəyirəm. Avropa çempionatından sonra millidən getməyim tamamilə mümkündür. Bu ehtimal mövcuddur. Bu haqda çox danışmaq istəmirəm, amma oxşar variantı düşünürəm. Xaricdə özümü daha xoşbəxt hiss edirəm, çünki orada mənə hörmət edirlər. İspaniyada heç kimə və heç nəyə hörmət yoxdur”, - Morata bildirib.

Alvaro Morata 2014-cü ildən İspaniya millisində çıxış edir. O, millidə 78 oyun keçirib və 36 qol vurub. 2023-cü ilin yazında Luis de la Fuente milli komandaya qoşulduqdan sonra Morata kapitan sarğısını alıb.

Avropa çempionatında Morata beş oyunun hamısında iştirak edərək bir qol vurub

Avropa çempionatının yarımfinalında İspaniya millisi Münhendə Fransa ilə qarşılaşacaq. Görüş iyulun 9-da baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 32:00-da başlayacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2856
avatar

Oxşar yazılar