“Milan” “Çelsi”nin cinah oyunçusu Kristian Pulişiçi transfer etmək üçün klubla razılığa gəlib.
Lent.az xarici mediaya istinadla bildirir ki, sövdələşmə 22 milyon avro təşkil edəcək. 24 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün icazə alıb və şəxsi şərtlərlə bağlı yekun razılıq əldə edib.
“Çelsi” də gələcək transfer vəziyyətində oyunçunun satışının böyük bir faizini razılaşdırıb.
Pulişiç 2019-cu ildən “Çelsi”də çıxış edir. 2022/23 mövsümündə o, “Mavilər”in heyətində bütün yarışlarda 30 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.