Matias Messi "Barselona" rəhbərliyinin ünvanına söylədiyi təhqiramiz sözlərə görə üzr istəyib.
Lent.az xarici mediaya istinadla xatırladır ki, Lionelin qardaşı “Twitch” kanalında yayımlanan verilişdə argentinalının İspaniya klubuna qayıtmaq fikrində olmadığını bildirirdi. Əks halda, Matias "Barselona"nı təmizləyəcəyinə və prezident Joan Laportanı qovacağına söz verib.
“Sosial şəbəkələrdə dediklərimə görə üzr istəyirəm: oğlum və dostlarımla sadəcə zarafat edirdim. Bizim üçün “Barselona” = ikinci evimizdir və bu hamıya məlumdur. Çox üzr istəyirəm və hamıdan, xüsusən də azarkeşlərdən üzr istəyirəm”, – Lionelin qardaşı sosial şəbəkələrdə yazıb.
Messi bu mövsüm PSJ-nin heyətində 25 oyuna çıxıb, 15 qol vurub və 14 məhsuldar ötürmə edib.