Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun müdafiəçisi Emerik Laport Amerikanın “İnter Mayami” klubu ilə yoldaşlıq görüşündə meydanın özlərinə aid hissəsindən cərimə zərbəsi ilə fərqlənib.
Lent.az xəbər verir ki, ispaniyalı qolu oyunun 12-ci dəqiqəsində vurub.
“Əl-Nəsr”də çıxış edən portuqaliyalı hücumçu Kriştiano Ronaldu zədə səbəbindən heyətə daxil edilməyib. "İnter Mayami"nin hücumçusu Lionel Messi ehtiyat oyunçular arasındadır.
Hazırda oyun 4:0 “Əl-Nəsr”in xeyirinədir.
29 yaşlı Laport 2023-cü ilin avqustunda “Əl-Nəsr”ə keçib. Bundan əvvəl o, beş il “Mançester Siti”də çıxış edib.