PSJ-nin hücumçuları Lionel Messi və Neymar Çempionlar Liqasında “Bavariya” ilə matçdan sonra 10 aydan sonra ilk dəfə Paris klubunun azarkeşlərinə yaxınlaşıblar.
Lent.az xarici mediaya istinadla bildirir ki, görüşün sonunda argentinalı və braziliyalı hücumçular tribunaya çıxaraq üzr istəyərək, azarkeşlərə verdikləri dəstəyə görə təşəkkür ediblər.
Markinyos, Vitinya, Danilo Pereyra və Serxio Ramos da azarkeşlərə yaxınlaşıb.
Messi və Neymarın 10 ay ərzində azarkeşlərə yaxınlaşmadığı qeyd edilir.
Onların münasibətlərindəki gərginlik 2022-ci ilin martında, Fransa Liqa 1-də “Bordo” ilə matçdan sonra başladı. Həmin görüşdə PSJ azarkeşləri başda Messi və Neymar olmaqla bütün futbolçuları fitə basıblar. Buna Paris klubunun Çempionlar Liqasının pley-off mərhələsindən “Real Madrid”ə məğlub olaraq, ayrılması səbəb olub.