Messi Ronaldonun  rekordunu   YENİLƏDİ
02 fevral 2023 14:40 (UTC +04:00)

Messi Ronaldonun rekordunu YENİLƏDİ

PSJ-nin 35 yaşlı argentinalı hücumçusu Lionel Messi Fransa çempionatının 21-ci turunda “Monpelye”yə (3:1) vurduğu qol sayəsində Portuqaliya millisinin 37 yaşlı hücumçusu Kriştianonun Avropanın ən yaxşı 5 çempionatında klublar üçün qol sayında rekordunu yeniləyib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, Messinin 835 oyunda 697 qolu var. O, "Barselona"nın heyətində 672, PSJ-də isə 25 qol vurub.

Hazırda Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunda çıxış edən Ronaldo 919 oyunda 696 qol vurub: “Mançester Yunayted” (145 qol), “Real” (450) və “Yuventus” (101).

# 1641
avatar

Oxşar yazılar