Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerli "Əl-Hilal" və "Əl-Nəsr" komandalarından ibarət birgə kollektivlə PSJ arasında özəl oyun baş tutub.
Lent.az xəbər verir ki, bu matçda Kriştianu Ronaldo Ərəbistanda debüt edib. O, debüt matçında bəlkə də sonuncu dəfə Lionel Messiyə rəqib olub.
Bu görüşdə daha güclü olan Fransa təmsilçisi 5:4 qalib gəlib. Oyunda 9 qoldan başqa, 1 qırmızı vərəqə, 3 penalti (birini Neymar vura bilməyib) də qeydə alınıb.
Matçdan sonra biri penaltidən olmaqla, dubl etmiş Kriştianu Ronaldoya "Matçın ən yaxşısı" mükafatı verilib. Həmçinin, komandalara medallar və qalib PSJ-yə xüsusi kubok təqdim olunub.