PSJ-nin argentinalı hücumçusu Lionel Messi klubu ilə müqaviləsini yeniləyəcək.
Lent.az xarici mediaya istinadla bildirir ki, yeni müqavilənin uzadılması variantı ilə 2024-cü ilə qədər imzalanacağı bildirilir. Məşhur hücumçu 40 milyon avro qazanacaq.
35 yaşlı hücumçu bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 19 oyuna çıxıb, 12 qol vurub və 14 məhsuldar ötürmə edib. Messinin Paris komandası ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir. Turnirin finalında
Fransanı penaltilər seriyasında məğlub edən Argentina millisinin heyətində Lionel 2022-ci il dünya çempionatının qalibi olub. Argentinalı həm də dünya çempionatının ən yaxşı oyunçusu kimi tanınıb. Turnir zamanı o, yeddi dəqiq zərbə və üç məhsuldar ötürmə edib.